Belçika Konqo DR-ə 20 min doza meymunçiçəyi peyvəndi verəcək
Dünya
07.09.2024 05:13
Belçika öz ehtiyatlarından Konqo Demokratik
Respublikasına 20 min doza meymunçiçəyi peyvəndi verəcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə Belçika
Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Qlobal sağlamlıq və hamının səhiyyə xidmətinə ədalətli
çıxışı təmin etmək məsələlərində beynəlxalq öhdəliklərə sadiqliyimizi təsdiq
edərək Konqo DR-ə 20 min doza meymunçiçəyi peyvəndi verəcəyimizi bəyan edirik” məlumatda deyilir.
Xatırladaq ki, daha əvvəl Fransa və Almaniya Afrika
ölkələrinə 100 min doza, İspaniya isə 500 min doza peyvənd verəcəyini
açıqlamışdı.
tag: Meymunçiçəyi, Konqo, Virus, Vaksin, Səhiyyə,todaypress.az,