Belçika "F-16" tədarükü ilə bağlı Ukraynaya xəbərdarlıq etdi
Belçika “F-16” qırıcılarını bu ilin sonuna qədər tədarük
edəcəyini vəd etdiyi vaxtda Ukraynaya çatdıra bilməyəcək .
TodayPress xəbər verir ki, bu barədə “Le
Soir” məlumat yayıb.
Bildirilib ki, ölkənin müdafiə naziri Ludivine
Dedonder Polşaya səfəri zamanı təyyarələrin çatdırılmasında gecikmə elan edib.
Onun sözlərinə görə, bu, təlim keçmiş ukraynalı
pilotların olmaması və ehtiyat hissələrinin olmaması ilə bağlıdır.
Aynur TAC
tag: Ukrayna ,F-16, Təyyarə, Pilot, Xəbərdarlıq, todaypress.az,