Belarusun ŞƏT-də və BRICS-də iştirak strategiyaları təsdiqləndi
Dünya
16.01.2025 12:01
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) və BRICS-də iştirak strategiyalarını təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.
Bildirilib ki, Belarusun ŞƏT-də iştirak strategiyası fəaliyyətin konseptual sahələrini, ölkənin iştirakının məqsəd və vəzifələrini, onların yaxın və orta perspektivdə həyata keçirilməsi mexanizmlərini müəyyən edir.
BRICS ilə bağlı strategiya Belarusun üzv və tərəfdaş dövlətlərlə qarşılıqlı fəaliyyətinin prioritet istiqamətlərini müəyyənləşdirir.
Qeyd edək ki, hər iki strategiya 2030-cu ilə qədər beş il üçün nəzərdə tutulub.
tag: BRİCS, Belarus ,Strategiya ,Konseptual, todaypress.az,