Belarusun İrəvandakı səfirliyinə hücum edildi
Dünya
21.08.2024 14:35
Belarusun İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Buna səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun son açıqlamaları olub.
Aksiya iştirakçıları səfirliyin binasına pomidor, yumurta və kartof atıblar.
Qeyd edək ki, avqustun 19-da A.Lukaşenko Rusiya mediasına verdiyi müsahibədə Ermənistan hökumətini sərt şəkildə tənqid etmişdi.
Günəş Mərd
tag: Belarus, İrəvan, Ermənistan, Rusiya, Aksiya, Lukaşenko, todaypress.az,