Belarusdan Aİ-nin yeni sanksiyalarına reaksiya

Dünya

01.07.2024 19:00

“Avropa İttifaqının Minskə qarşı yeni sanksiyaları ölkə üçün keçid mərhələsidir”.

TodayPress “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

Onun sözlərinə görə, Aİ-nin bütün çoxsaylı sanksiyalarının ortaq cəhəti hamısının mənasız olmasıdır.

O, qeyd edib ki, Avropa bürokratları bunu nə qədər tez başa düşsələr, onlar Avropa biznesinə və əhalisinə bir o qədər az zərər verə biləcəklər.

Xatırladaq ki, bundan öncə Aİ Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.

Günə Mərd

tag: Belarus, Avropa İttifaqı, Sanksiya,Anatoli Qlaz, todaypress.az,