Belarusda Yaponiya kəşfiyyatının agenti saxlanıldı

Dünya

04.09.2024 21:21

1477

Yapon kəşfiyyatçısı Belarus ərazisində saxlanılıb.

TodayPress xəbər verir ki, bu barədə “Belarus-1” telekanalı məlumat yayıb .

Qeyd olunur ki, agent ölkədəki ictimai-siyasi vəziyyət haqqında məlumat toplayır, hərbi infrastrukturu və Ukrayna ilə sərhəddə baş verənləri lentə alıb.

Məlumata görə, kəşfiyyatçı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi ilə bağlı məlumatla maraqlanıb.

Aynur TAC

tag: Çin, Belarus,Ukrayna, Rusiya, Agent,todaypress.az,