Belarusda prezidentliyə namizədlər seçildi

Dünya

23.12.2024 15:40

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkodan sonra Belarus Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov rəsmən ölkə prezidentliyinə namizəd olub. 

TodayPress xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası (MSK) “Telegram” kanalında məlumat yayıb.

“Belarus Mərkəzi Seçki Komissiyası Sergey Aleksandroviç Sırankovu Belarus Respublikasının prezidentliyinə namizəd kimi qeydə alıb” məlumatda deyilir.

Qeyd olunub ki, Belarus Kommunist Partiyasının lideri Belarus vətəndaşlarının 125,5 min imzasını toplayaraq ölkə prezidenti postuna namizəd olub. Bundan başqa fərdi sahibkar Anna Kanopatskaya, Liberal-Demokrat Partiyasının sədri Oleq Qaydukeviç və Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak namizəd kimi qeydə alınıblar.  

Xatırladaq ki, Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da baş tutacaq.

Aleksandr Lukaşenko Belarusda keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.

Günəş Mərd

tag: Seçki, Yanvar, Belarus, Prezident,todaypress.az,