Belarusda prezident seçkilərində erkən səsvermə başladı
Dünya
21.01.2025 14:22
Yanvarın 21-də Belarusda prezident seçkilərində erkən səsvermə başlayıb.
TodayPress "İnterfax"a istinadən xəbər verir ki, bu barədə adı çəkilən ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
"Bu gün Belarusda prezident seçkiləri üzrə erkən səsvermə başlayır. Seçki məntəqələri günortadan axşam saat 19:00-dək (Bakı vaxtı ilə 20:00) açıq olacaq" MSK-nın mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, prezident seçkiləri yanvarın 26-na təyin edilib. Post uğrunda 5 namizəd mübarizə aparır. Onlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak, Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, fərdi sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankovdur.
Qeyd edək ki, 1994-cü ildən bu vəzifədə olan Lukaşenko yeddinci prezidentliyə namizədliyini irəli sürür.
Töhfə Səməd
tag: Belarus,MSK,Seçki,Prezident,Lukaşenko,todaypress.az,