Belarusda müxalifət hakimiyyəti devirməyə hazırlaşır
Dünya
05.11.2024 18:10
Belarusdan qaçan müxalifət Qərbin rəhbərliyi altında ölkədə hakimiyyət dəyişikliyinə hazırlaşır.
TodayPress xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-mayor Vladimir Kuprianyuk deyib.
“Qərbin nəzarəti altında olan qaçaq müxalifət hazırkı hakimiyyətin devrilməsinə hazırlaşmağa davam edir” deyə o, bildirib.
Kuprianyuk əlavə edib ki, Respublikanın sərhədlərinə yaxın olan ölkələrdə “Belarus könüllü ordusu”nun hazırlanması davam edir. Bundan əlavə, radikal düşüncəli Belarus vətəndaşları da işə götürülür.
Qeyd edək ki, Kuprianyuk bir müddət əvvəl NATO-nun Belarus və Rusiya ilə açıq silahlı qarşıdurmaya hazırlaşdığını bildirmişdi. Onun sözlərinə görə, Belarusa qarşı bütün növ kəşfiyyat işləri aparılır. Bundan əlavə, o, Belarus sərhədi yaxınlığındakı Ukrayna qrupunun artıq 15 minə yaxın hərbçinin olduğunu bildirib.
Töhfə Səməd
tag: Belarus, Hakimiyyət, Respublika, NATO, Rusiya,todaypress.az,