Belarusda 45 nəfər hakimiyyəti ələ keçirməyə cəhd etdi
Dünya
08.10.2024 11:55
Belarus İstintaq Komitəsi hakimiyyəti ələ keçirmək üçün sui-qəsddə və ekstremist qrup yaratmaqda ittiham olunan 45 nəfərə qarşı cinayət işi açıb.
TodayPress xəbər verir ki, bu barədə idarənin açıqlamasında deyilir.
İstintaq Komitəsi bildirib ki, hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə dair sui-qəsd işində 22 nəfər, ekstremist qrup yaratmaq və ya bu qruplaşmada iştirakda daha 23 nəfər iştirak edir.
"Radikal icmanın nümayəndələri “Platforma 2025” adlı yeni təşəbbüs elan etdilər. Cinayət planı Belarus Respublikasında seçki kampaniyası zamanı hərəkətləri əlaqələndirmək üçün ekstremistlərin birləşdirilməsini nəzərdə tutur" deyə məlumatda bildirilib.
Qeyd edək ki, söhbət 2025-ci ildə keçiriləcək prezident seçkilərindən gedir.
Töhfə Səməd
tag: Belarus,Hakimiyyət ,Seçki ,Cinayət , İstintaq Komitəsi ,todaypress.az,