Belarusa qarşı əlavə sanksiyalar tətbiq edildi
Dünya
08.10.2024 14:15
Norveç Belarusa qarşı əlavə sanksiyalar tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“Norveç oktyabrın 7-si Belarusa qarşı əlavə sanksiyalar tətbiq etdi. Yeni sanksiyalar Avropa İttifaqının (Aİ) 29 iyun 2024-cü ildə Belarusa qarşı gördüyü tədbirlərə uyğundur. Sanksiyalar ölkənin bir sıra sektorlarını əhatə edir. Buraya iqtisadi məsələlər, o cümlədən ticarət, bir sıra xidmətlər və nəqliyyat daxildir. Rusiyaya qarşı sanksiya rejiminin bir sıra tədbirləri Belarusa da şamil edilir” deyə bəyanatda bildirilib.
Töhfə Səməd
tag: Norveç ,Belarus ,Sanksiyalar ,Avropa İttifaqı ,Rusiya, todaypress.az,