Belarus “YouTube”un bloklanması imkanlarını qiymətləndirir
Dünya
12.09.2024 15:30
Belarusun ilk “Videobel” multimedia portalının açılış mərasimində Belarus informasiya naziri Marat Markov bildirib ki, ölkə Amerikanın “YouTube” video hostinqini bloklamaq niyyətində deyil.
TodayPress xəbər verir ki, onun sözlərini “Sputnik Belarus” dərc edib.
“YouTube”u qadağan etmək istəməyimizdən danışmayaq. Sualın qoyuluş tərzi, fikrimcə, hətta tam düzgün deyil” deyə nazir bildirib. O, əlavə edib ki, bundan sonra Belarusun xeyrinə işləyən bütün vasitələrdən istifadə olunacaq.
“Hər hansı bir xidmət təminatçısı tərəfindən təhlükə hiss etdiyimiz anda, biz buna uyğun olaraq adekvat, mütənasib və diplomatik şəkildə hərəkət edəcəyik” deyə siyasətçi qeyd edib.
Nazirin sözlərinə görə, yeni video hostinq digər xidmətləri əvəz etmək üçün yaradılmayıb.
Töhfə Səməd
tag: Belarus, Videobel, Amerika, YouTube,Nazir, todaypress.az,