Belarus vətəndaşlarına meşəyə girmək qadağan edildi
Dünya
20.08.2024 17:25
Belarusda meşələri ziyarət etmək respublikanın demək olar ki, bütün bölgələrində qadağan edilib və məhdudlaşdırılıb.
TodayPress xəbər verir ki, bu barədə Respublika Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
İdarənin interaktiv xəritəsinə əsasən, Rusiya, Ukrayna, eləcə də Litva ilə sərhəd ərazilərdə yerləşən meşələrə baş çəkmək tamamilə qadağandır.
"İnteraktiv xəritə onlayn rejimdə yenilənir, ona görə də meşə ərazilərinə getməzdən əvvəl mövcud vəziyyəti mütləq yoxlamalısınız" deyə nazirliyin açıqlamasında bildirilib.
Qeyd edək ki, qadağa və məhdudiyyətlərin səbəbləri idarənin saytında göstərilməyib.
Töhfə Səməd
tag: Meşə, Belarus, Rusiya, Ukrayna, Litva, todaypress.az,