Belarus Ukraynanın hava hədəflərini məhv etdi
Dünya
10.08.2024 13:45
Belarus Ukrayna hava hədəflərini məhv edib.
TodayPress, "BelTa"ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O, bildirib ki, Ukrayna qüvvələri dünən gecə Belarusun hava məkanını pozub və buna cavab olaraq bu ölkənin havadan müdafiə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
"Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri döyüşə hazırlıq vəziyyətinə keçiblər. Ukrayna Silahlı Qüvvələri Belarus Respublikasının hava məkanını şərq istiqamətində, bizə çox yaxın olan Kostyukoviç bölgəsində pozub" deyə Belarus Prezidenti bildirib.
Aleksandr Lukaşenko bildirib ki, Belarusun Müdafiə Nazirliyinə və Silahlı Qüvvələrin Baş Qərargahına dövlətin təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
tag: Belarus, Ukrayna, Hərbi Hava Qüvvələri,Aleksandr Lukaşenko, Hava Hücumu, todaypress.az,