Belarus Ukrayna üzrə sülh sammitində iştirakın şərtini açıqladı
Dünya
17.09.2024 19:25
“Belarus Ukraynadakı münaqişənin həlli ilə bağlı konfransda yalnız Rusiya
ora dəvət ediləcəyi təqdirdə çıxış edəcək”.
TodayPress xəbər verir ki, Minskin yeni sülh sammitində iştirakının şərtlərini Belarusun İsveçrədəki səfiri Aleksandr Qaneviç “RTVI”yə müsahibəsində açıqlayıb.
Qaneviç əlavə edib ki, Moskva və Minskin iştirakı
olmadan münaqişəyə son qoymaq mümkün deyil. Çünki Ukraynada baş verənləri
yalnız Rusiya və Belarusdakı slavyan xalqları anlayır.
Töhfə Səməd
tag: Belarus, Ukrayna ,Münaqişə, Sammit, Rusiya, Moskva ,todaypress.az,