Belarus Ukrayna ilə sərhəddə tankerlər göndərir
Dünya
11.08.2024 11:50
Belarus tankerləri Ukrayna ilə sərhədə doğru irəliləyir.
TodayPress xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün mexanikləşdirilmiş birləşmələrdən birinin bölmələri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Hərbçilər dəmir yolu nəqliyyatına texnika yükləyir və təyin olunmuş ərazilərə yürüşə başlayır.
Qeyd edək ki, bundan əvvəl Belarus Xarici İşlər Nazirliyi bildirib ki, Kiyev Kurskda döyüşləri davam etdirərsə, Belarus Ukrayna ilə diplomatik münasibətləri kəsə bilər.
Günəş Mərd
tag: Belarus,tanker,hərbçilər,Kiyev,müdafiə,todaypress.az,