Belarus Ukrayna ilə sərhəddə ordu yeritdi

Dünya

15.08.2024 18:30

Minsk bütün mümükün təxribatların qarşısını almaq üçün Ukrayna ilə sərhəddə 20-dən çox briqada və batalyon qrupları yerləşdirəcək. 

TodayPress xəbər verir ki, bu barədə Belarus prezidenti  Aleksandr Lukaşenko məlumat verib. 

“Mən hər şeyi tam təmin etməyin tərəfdarıyam. Hər hansısa fövqəladə hal yaşanarsa, bütün bölmələr hazır vəziyyətində olmalıdır” deyə ölkə başçısı əlavə edib. 

Bundan başqa, o, hərbi münaqişəyə son qoymaq üçün danışıqlara çağırıb.

Töhfə Səməd

tag: Belarus, Ukrayna, Hərbi Münaqişə, Prezident,leksandr Lukaşenko, todaypress.az,