Belarus ŞƏT-ə üzv oldu

Dünya

04.07.2024 10:26

Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olub. 

TodayPress xəbər verir ki, qərar Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında qəbul olunub.  

Tokayev sənədləri imzaladıqdan sonra “Hörmətli dövlət başçıları, Belarus Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlüyü ilə bağlı qərar qəbul edilib” deyib və Belarus prezidenti Aleksandr Lukaşenkonu təbrik edib.

Qeyd edək ki, Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti öz işinə başlayıb. 

Günəş Mərd

tag: Belarus, Şanxay, Təşkilat, Qazaxıstan, Tokayev, todaypress.az,