Belarus sərhədçiləri Ukraynanın təxribatları üçün heç bir ilkin şərt görmürlər
Dünya
12.08.2024 22:23
Belarus və
Ukrayna sərhədində vəziyyət tam nəzarətdədir, təxribatlar görünmür.
TodayPress xəbər
verir ki, bunu Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat katibi Anton Bıçkovski
bildirib.
"Bu gün
Ukrayna istiqamətində vəziyyət tam nəzarət altındadır. Gücləndirilmiş sərhədçilər
cənub sərhədləri boyunca öz xidməti vəzifələrini davam etdirirlər" məlumatda
qeyd olunub.
Bıçkovskinin
sözlərinə görə, qonşu Ukraynada hərbçilərin təxribatlarının sayında xeyli
azalma müşahidə olunub.
Daha əvvəl
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarusun hava hücumundan
müdafiə qüvvələri avqustun 9-da respublikanın cənubu üzərində Ukraynadan uçan bəzi
pilotsuz təyyarələri vurub. Belarus lideri Ukrayna ilə sərhədə daha çox qoşun
yeritmək barədə göstəriş verib.
Aytac Müşfiq
tag: Anton Bıçkovski,Belarus ,Ukrayna , Aleksandr Lukaşenk,todaypress.az,