Belarus Qərbi ittiham etdi
Dünya
28.09.2024 09:52
Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, Qərb ölkələri gələn il ölkədə keçiriləcək prezident seçkilərinə qədər Belarusun daxili işlərinə qarışmağa cəhd etməkdə davam edir.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
XİN başçısının sözlərinə görə, müdaxilə cəhdləri Aleksandr Lukaşenkonun ilk prezidentlik vaxtlarından davam edir.
Daha əvvəl, Lukaşenko bəyan etmişdi ki, 2020-ci ildə seçkilərdən sonra Belarusu tərk edən müxalifətçilər indi respublika prezidentinin mətbuat katibinə məktub yazaraq vətənə qayıtmağı xahiş edirlər.
Onun sözlərinə görə, Qərbdə heç kim onların ali təhsili ilə maraqlanmadığı üçün pulları yoxdur.
Töhfə Səməd
tag: Belarus ,Qərb, Lukaşenko, Prezident,Maksim Rıjenkov, todaypress.az,