Belarus prezidenti edam cəzasına məhkum edilmiş Almaniya vətəndaşını əfv etdi
Dünya
30.07.2024 23:36
İyulun 30-da Belarus
prezidenti Aleksandr Lukaşenko ölkədə ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı
Riko Krigeri əfv edib.
TodayPress xəbər
verir ki, bu barədə “BELTA” agentliyinə dövlət başçısının mətbuat xidmətindən məlumat
verilib.
“Belarus prezidenti Aleksandr
Lukaşenko Almaniya vətəndaşı Riko Krigeri əfv etmək qərarına gəlib. Dövlət
başçısı bütün halları nəzərə alaraq, əfv haqqında qərar qəbul edib” deyə
agentliyin nəşrində deyilir.
Qeyd edək ki, iyulun 20-də “Reuters“
Ukraynada Rusiyaya qarşı döyüşlərdə iştirak edən Almaniya vətəndaşının
Belarusda edam cəzasına məhkum edildiyi ilə bağlı xəbər vermişdi. Məlum olub
ki, Belarus məhkəməsi iyunun sonunda 30 yaşlı Krigeri Cinayət Məcəlləsinin altı
maddəsi ilə hakim qarşısına çıxarıb. Onun 2023-cü ilin noyabrından həbsdə
olduğu bildirilir.
tag: Lukaşenko, Edam, Riko Kriger, Almaniya, todaypress.az,