Belarus ordusu Ukrayna ilə sərhədi gücləndirir
Belarus ölkənin cənubunda dövlət sərhədinin təhlükəsizliyini və müdafiəsini gücləndirib.
TodayPress xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç “Milli Müdafiə” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, “mövcud vəziyyətə adekvat cavab vermək üçün” lazımdır. O əlavə edib ki, sərhəddə əlavə birləşmələr və hərbi hissələr yerləşdirib.
Volfoviç həmçinin pilotsuz uçuş aparatlarına qarşı kompleks mübarizə və əks-təxribat hərəkətləri sisteminin effektivliyinin artırılmasına xüsusi diqqət yetirildiyini vurğulayıb.
Günəş Mərd
tag: Belarus ,Sərhəd, Kompleks,Belarus Təhlükəsizlik Şurası , Aleksandr Volfoviç , todaypress.az,