Belarus nüvə silahına malik raket sistemlərini nümayiş etdirdi
Dünya
03.07.2024 17:51
Belarusda İkinci Dünya Müharibəsi zamanı Minskin faşist Almaniyasının işğalından azad edilməsinin 80-ci ildönümü münasibətilə hərbi parad keçirilib.
TodayPress xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Paytaxt Minskdə Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda Rusiya da daxil olmaqla bir sıra keçmiş sovet ölkələrinin hərbçiləri, həmçinin Rusiya-Ukrayna münaqişəsində istifadə edilən nüvə başlıqlı raket buraxılış sistemləri və pilotsuz uçuş aparatları nümayiş edilib.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Özbəkistan və Çindən olan nümayəndə heyətləri iştirak edib.
Töhfə Səmədova
tag: Belarus, İkinci Dünya Müharibəsi, Azərbaycan, Qazaxıstan, Rusiya, Tacikistan, Çin, todaypress.az,