Belarus ikinci AES-in tikilməsini planlaşdırır
Dünya
02.07.2024 14:12
Belarusda ikinci Atom Elektrik Stansiyası tikiləcəyi təqdirdə heç vaxt elektrik enerjisi çatışmazlığı olmayacaq.
TodayPress xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Onun sözlərinə görə, elektrik enerjisi təkcə sənaye və ya məişət ehtiyacları üçün lazım deyil.
“Bu baxımdan biz ikinci Atom Elektrik Stansiyasının tikintisi məsələsini düşünürük və üzərində işləyirik" deyə Lukaşenko qeyd edib.
Nərmin Tuncay
tag: Belarus, Aleksandr Lukaşenko, Atom, Elktrik, todaypress.az,