Belarus Çin və Braziliyanın Ukraynadakı sülh təşəbbüsünü dəstəklədi

Dünya

12.09.2024 17:55

Belarus hakimiyyəti Ukrayna məsələsinin həlli istiqamətində Çin və Braziliyanın birgə təşəbbüsünü dəstəklədiyini bildirib. 

TodayPress xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov “TASS”a verdiyi müsahibəsində bildirib.

“Bir kəmər-bir yol” sammitində biz Avropadan olan əsas məruzəçi kimi həm bu layihənin inkişafı ilə bağlı öz mövqeyimizi, həm də dünyadakı proseslərə münasibətimizi açıq formada ifadə edə bildik.  Bu gün Çinin beynəlxalq ictimaiyyətə təklif etdiyi həllər, hər kəsi narahat edən problemləri müəyyən dərəcədə əvəz etməyə və həll etməyə qadirdir. Biz düşünürük ki, bu cür təşəbbüslər daha çox olmalıdır. Bunlar məhz Rusiyanın maraqlarını və onun sülh yolu ilə nizamlanmada iştirakını nəzərə alan təşəbbüslərdir” deyə o, bildirib.

Töhfə Səməd

tag: Braziliya, Belarus ,Maksim Rıjenkov, Avropa ,Çin, todaypress.az,