Belarus BRICS-ə qoşulmağın perspektivlərindən danışdı
Dünya
22.10.2024 17:05
Belarus Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Maksim Rıjenkov “RİA” agentliyinə müsahibəsində respublikanın BRICS-in tamhüquqlu üzvü statusu alması perspektivlərindən danışıb.
TodayPress xəbər verir ki, hazırda Belarus yalnız sədr ölkənin dəvəti ilə BRICS tədbirlərində vaxtaşırı iştirak edə bilər ki, bu da Minsk üçün heç də kifayət deyil.
“Biz, əlbəttə ki, bu statusun Belarusa veriləcəyini gözləyirik. Hesab edirik ki, siyasi və iqtisadi inkişafımıza görə bu layihədə iştiraka ümid etmək hüququmuz var” deyə XİN rəhbəri bildirib.
O, əlavə edib ki, bütün siyasi məsələlərdə ölkə təşkilatın bütün üzvləri ilə həmfikirdir.
Töhfə Səməd
tag: Belarus, BRICS, XİN, Minsk, todaypress.az,