Belarus 35 Avropa ölkəsi üçün vizanı ləğv etdi
Dünya
17.07.2024 16:55
Belarus Polşa, Latviya və Litva vətəndaşlarına şamil edilən vizasız rejimi daha 35 Avropa ölkəsinə də şamil edib.
TodayPress xəbər verir ki, bu barədə Belarus Sərhəd Komitəsi məlumat yayıb.
Sözügedən ölkələr arasında Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Vatikan, İspaniya, Belçika, Hollandiya, Norveç, İsveç və Finlandiya da yer alıb.
Bu ölkələrdən turistlərin vizasız girişi avtomobil və dəmir yolu keçid məntəqələri vasitəsilə həyata keçiriləcək. Bu halda müvəqqəti qalma icazəsi 30 gün müddətinə veriləcək.
Yeni prosedur 2024-cü il iyulun 19-dan dekabrın 31-dək qüvvədə olacaq.
Günəş Mərd
tag: Almaniya, Belarus, Avropa, Fransa, İtaliya, Norveç, Hollandiya, todaypress.az,