BƏƏ prezidenti Rusiya və ABŞ-ni dəstəklədi

Dünya

24.03.2025 17:50

1637

Birləşmiş Ərəb Əmirliklərinin ( BƏƏ ) prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Rusiya və ABŞ-nin Ukrayna böhranının sülh yolu ilə həlli üçün göstərdiyi səyləri dəstəkləyib.

TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Rusiya lideri Vladimir Putin BƏƏ-dən olan həmkarı ilə telefon danışığı aparıb. Tərəflər Moskva və Vaşinqton arasında ikitərəfli münasibətləri normallaşdırmaq və silahlı münaqişəyə son qoymaq yollarını tapmaq məqsədi daşıyan dialoqun bərpasını müzakirə ediblər.

Danışıq zamanı Məhəmməd Əl Nəhyan bu gün Ər-Riyadda iki ölkənin ekspert qrupları arasında keçirilən məsləhətləşmələri alqışladığını bildirib.

Qeyd edək ki, martın 24-də Səudiyyə Ərəbistanının paytaxtında "The Ritz-Carlton" otelində Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar başlayıb. 

Türkan İsgəndərli

tag: BƏƏ,Rusiya,ABŞ,Danışıqlar,Dünya,todaypress.az,