BƏƏ hökumətə qarşı etiraz edən 57 nəfəri həbs etdi
Dünya
22.07.2024 17:30
BƏƏ məhkəməsi hökumətə qarşı etiraz aksiyaları keçirən 57 banqladeşlini həbs edib.
TodayPress xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb.
Adları açıqlanmayan müttəhimlərdən üçü “BƏƏ küçələrində insanları iğtişaşlara təhrik etmək” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib, digər 53 nəfər 10 il, biri isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, BƏƏ-də əhalinin təxminən 90 faizi əcnəbilərdir Ölkədə etirazlar faktiki olaraq qanunsuzdur. Banqladeşlilər ölkədədki üçüncü ən böyük mühacir qrupudur.
Töhfə Səməd
tag: BƏƏ, Əhali, Aksiya, Etirazlar, todaypress.az,