BƏƏ ABŞ-nin Suriyaya sanksiyaları ləğv etmək niyyətini alqışladı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etməyə dair bəyanatını müsbət qarşılayıb və bu addımın ölkənin bərpasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə məlumatı “RİA” yayıb.
12 mayda Yaxın Şərqə səfərinin əvvəlində ABŞ prezidenti Donald Tramp Suriyaya tətbiq edilən sanksiyaların ləğv olunacağını açıqlayıb.
O, bu vədini ərəb dövlətlərinin liderləri ilə birgə keçirilən “ABŞ–Fars körfəzi” sammitinin açılışında da təkrarlayıb.
Tramp vurğulayıb ki, sanksiyaların aradan qaldırılması Suriya üçün yeni imkanlar yaradacaq.
BƏƏ Xarici İşlər Nazirliyi bu təşəbbüsü “Suriya xalqının rifahı və inkişafı yolunda mühüm addım” kimi qiymətləndirib.
Qiymət Mahir
tag: BƏƏ ,ABŞ,Suriya,Sanskiya,Donald Tramp,todaypress.az,