"Bayraktar TB3" ilk dəfə silahdan istifadə etdi
Dünya
21.01.2025 13:24
Yüngül təyyarədaşıyan "Anadolu"nun göyərtəsində yerləşdirilməsi planlaşdırılan hücum və kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) "Bayraktar TB3" ilk dəfə silahdan istifadə edib.
TodayPress xəbər verir ki, bu barədə “Naval News” məlumat yayıb.
PUA "Roketsan" tərəfindən hazırlanmış iki "MAM-T" dəqiq idarə olunan sursatdan birini istifadə edib.
Zərbəni həyata keçirmək üçün "Bayraktar TB3" "Aselsan ASELFLİR-500"
elektro-optik kəşfiyyat, müşahidə və istiqamətləndirmə sistemindən istifadə edərək təyin olunmuş hədəfi uğurla vurub.
Qeyd edək ki, PUA sınaqları Keşandakı Baykar mərkəzində keçirilib.
Töhfə Səməd
tag: PUA,Türkiyə,MAM-T,Bayraktar,Todaypress.az,