"Bayraktar" 12 terrorçunu məhv etdi

Dünya

02.08.2024 14:30

Türkiyə Silahlı Qüvvələri “Bayraktar” pilotsuz uçuş aparatı (PUA) ilə Suriyanın şimalındakı “Tel Rıfat” bölgəsində əməliyyat keçirib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində 8 PKK terrorçusu məhv edilib.

Həmçinin, İraqın şimalında Haftani bölgəsində keçirilən əməliyyat nəticəsində PKK terror qruplaşmasının 4 üzvü zərərsizləşdirilib.

tag: Türkiyə, Bayraktar, PUA, Terror, PKK, todaypress.az,