Baydenlər on minlərlə dollar dəyərində hədiyyələr qəbul edib: Siyahı üzə çıxdı
Dünya
03.01.2025 13:46
ABŞ prezidenti Cozef Bayden və ailəsi son bir il ərzində xarici liderlərdən on minlərlə dollar hədiyyə alıb.
TodayPress xəbər verir ki, bu barədə “The Guadian” yazıb.
Nəşrin məlumatına görə, Cozef Baydenin həyat yoldaşı Cil Bayden Hindistanın Baş naziri Narendra Modinin 20 min dollar dəyərində 7,5 karatlıq almaz hədiyyəsini qəbul edib. Həmçinin Ukraynanın ABŞ-dəki səfiri ona 14 min dollar dəyərində yaxa sancağı alıb.
Cozef Bayden bu yaxınlarda impiçment elan edilmiş Cənubi Koreya prezidenti Yun Sok Yoldan xatirə foto albomu, Monqolustanın Baş nazirindən 3000 dollar dəyərində monqol döyüşçülərinin heykəlini və Ukrayna prezidenti Volodimir Zelenskidən 2000 dollarlıq foto albomu hədiyyə alıb.
ABŞ-də qanun dəyəri 480 dolları keçən bütün hədiyyələrin bəyannaməsini tələb edir. Bu səbəbdən Hindistanın Baş nazirinin almazı Ağ Evdə saxlanılmaqla, qalan hədiyyələr Milli Arxivə təhvil verilib.
Günəş Mərd
tag: Bayden ,ABŞ, Hədiyyə, Dollar, todaypress.az,