Baydenin yaratdığı immiqrasiya ofisləri bağlanacaq
Dünya
24.01.2025 14:10
ABŞ prezidenti Donald Tramp Latın Amerikasında Ağ Evin keçmiş lideri Cozef Bayden tərəfindən yaradılmış və miqrantların ölkəyə qanuni şəkildə daxil olmasına icazə verən miqrasiya ofislərini bağlayacaq.
TodayPress xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
“Hökumətin daxili sənədlərinə görə, Tramp hakimiyyəti Bayden administrasiyasının miqrantlara qanuni immiqrasiya variantları təqdim etmək və onları qeyri-qanuni olaraq cənub sərhədini keçməkdən çəkindirmək üçün qurduğu Latın Amerikasında tətbiqetmə obyektlərini bağlayır” deyə qeyd edilib.
Bu ofislər 2023-cü ilin may ayında Kolumbiya, Kosta Rika, Ekvador və Qvatemalada yaradılıb. Bununla belə, qeydiyyatdan keçmiş miqrantların hamısı ABŞ-yə göndərilməyib, bəziləri Kanada və İspaniya tərəfindən qəbul edilib.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,Latın Amerikası,Ağ Ev,Cozef Bayden,todaypress.az,