Baydenin uğursuz iqtisadi islahatları
ABŞ-də ölkə rəhbərliyinin prezident Cozef Baydenin islahatları çərçivəsində sərmayə qoymaq niyyətində olduğu sənaye layihələrinin təxminən 40%-nin icrası dayandırılıb və ya ləğv edilib.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Belə ki, 2022-ci ildə ABŞ-də qəbul edilmiş “İnflyasiyanın Azaldılması Aktı” və “Çiplər və Elm Aktı” hökumətin ekoloji cəhətdən təmiz texnologiyaların inkişafına vergi güzəştləri, kreditlər və qrantlar şəklində 400 milyard dollardan çox sərmayə qoymasını nəzərdə tuturdu. Lakin ümumi dəyəri 84 milyard dollar olan layihələrin icrası qeyri-müəyyən müddətə təxirə salınıb.
Bu cür göstəricilər ABŞ-nin vitse-prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Kamala Harrisin qalib gəlmək üçün ölkədə “sənayenin dirçəldilməsi”ndə xidmətlərinə dair arqumentlərindən istifadə etmək cəhdlərini çətinləşdirə bilər.
Analitiklərin fikrincə, prezidentlik yarışı hazırda ölkədəki iqtisadi vəziyyəti kölgədə qoyub.
Töhfə Səməd
tag: ABŞ,Kamala Harris, Prezident,İnflyasiyanın Azaldılması Aktı, Cozef Bayden, todaypress.az,