Baydenin seçkilərdə əvəzlənəcəyi tarix açıqlandı

Dünya

23.07.2024 09:10

ABŞ Demokratik Partiyası avqustun 7-dək prosesi başa çatdıraraq, elektron səsvermə yolu ilə prezidentliyə namizədliyini geri götürən Cozef Baydeni əvəz etməyi planlaşdırır. 

TodayPress xəbər verir ki,  bu barədə Demokratlar Partiyasının Milli Komitəsinin  məktubunda deyilir. 

Baydenin yerinə yeni namizədin seçilməsi prosesi partiyanın avqustun 19-da keçiriləcək qurultayına təxminən iki həftə qalmış, avqustun 7-də başa çatacaq. 

Nümayəndələrdən 300 imza toplayan istənilən namizəd seçimdə iştirak edə biləcək.

Qeyd olunub ki, hazırda heç bir namizəd üstünlüyə malik deyil. Bu halda səsvermə avqustun 1-də başa çata bilər.

Günəş Mərd

tag: Bayden, Seçkilər, Partiya, ABŞ, Demokrat, todaypress.az,