Baydenin qərarlarına Trampın reaksiyası necə olacaq?
Dünya
18.11.2024 17:35
“ABŞ-nin seçilmiş prezidenti Donald Tramp çox güman ki, hazırkı lider Cozef Baydenin Rusiyanın dərinliklərinə uzaqmənzilli “ATACMS” raketləri atmaq icazəsini ləğv edəcək”.
TodayPress xəbər verir ki, bu barədə “The Spectator” qəzeti yazıb.
Nəşr ABŞ-nin hazırkı prezidentinin Trampın vəzifəyə başlamasından cəmi iki ay əvvəl Kiyevə Rusiyaya zərbələr endirməsinə icazə verdiyinə diqqət çəkib. Amerika rəsmilərinin fikirlərinə istinad edən qəzet qeyd edib ki, Rusiya ərazisində “ATACMS”dən istifadə imkanının münaqişənin gedişatını əhəmiyyətli dərəcədə dəyişməsi ehtimalı azdır.
“Lakin Trampın bu qərarı geri götürməsi üçün çox şans var. Üstəlik, onun tərəfdarları artıq Baydeni münaqişəni gərginləşdirməyə çalışmaqda ittiham ediblər” deyə nəşr yazıb.
Xatırladaq ki, noyabrın 17-də Cozef Bayden Ukraynanın Rusiya ərazisində uzaqmənzilli “ATACMS” raketlərinin istifadəsinə icazə verib. Bundan sonra “SCALP” və “Storm Shadow” raketlərindən istifadəyə icazə Fransa və Böyük Britaniya tərəfindən verilib.
Töhfə Səməd
tag: Kiyev, Rusiya, ATACMS, Bayden, Ukrayna,todaypress.az,