Baydenin oğlunun milyon dollarlıq əsərləri yandı
Dünya
16.01.2025 20:15
ABŞ-nın
prezidenti Cozef Baydenin oğlu Hunter Baydenin çəkdiyi 200-dən çox rəsm əsəri Kaliforniyada yanğınlar nəticəsində yanıb.
TodayPress xəbər verir ki, bu barədə “New York Post” xəbər yayıb.
Nəşrin
məlumatına görə, bir rəsm əsərinin dəyəri təxminən
500.000 dollar olaraq qiymətləndirilib.
Əsərlərin
Hunter Baydenin vəkili Kevin Morrisin evinin
yaxınlığındakı anbarda saxlanıldığı bildirilib.
Qeyd
edək ki, Hunter Bayden narkomaniyadan müalicə alarkən rəsm çəkməyə başlayıb.
Aynur TAC
tag: Bayden, Hunter Bayden, Kaliforniya, Yanğın,Əsər, todaypress.az,