Baydenin müşaviri Qətərin Baş naziri ilə Qəzzada atəşkəsi müzakirə etdi

Dünya

13.12.2024 22:55

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bu gün Dohada Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim əl-Tani ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, görüşdə girovların azad edilməsi və Qəzzada atəşkəsin həyata keçirilməsini nəzərdə tutan razılaşma müzakirə edilib.

Qeyd edilib ki, tərəflər Suriyadakı son hadisələri də müzakirə ediblər.

 

tag: Bayden, Ceyk Sullivan, Qətər, Qəzza, Sülh, todaypress.az,