Baydeni seçkidən çəkilməyə kim razı saldı?

Dünya

22.07.2024 09:06

ABŞ-nin hazırkı prezidenti Cozef Bayden iki ən yaxın müşaviri Mayk Donilon və Stiv Riçetti ilə görüşdən sonra noyabrda keçiriləcək prezident seçkilərdən imtina etmək qərarına gəlib.

TodayPress xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Telekanalın məlumatına görə, müşavirlər Baydenə, onu dövlət başçısı postu uğrunda mübarizədən imtina etməyin daha yaxşı variant olduğunu bildiriblər.

Ehtimal olunur ki, Ağ Ev rəhbərinin bu addımı, onsuzda zəifləməkdə olan imicini xilas etməyə kömək edəcək.

Qeyd edək ki, iyulun 21-də ABŞ-nin hazırkı prezidenti Co Bayden prezidentlik yarışını tərk etdiyini açıqlayıb. O, hazırkı səlahiyyət müddətinin qalan hissəsində prezident kimi öz vəzifələrini yerinə yetirəcək. 

Günəş Mərd

tag: Bayden, Seçkilər, ABŞ, Ağ Ev, Səlahiyyət, todaypress.az,