Baydendən Netanyahuya sərt sözlər: boş-boş danışma
Dünya
04.08.2024 14:15
ABŞ prezidenti Cozef Bayden telefon danışığı zamanı
İsrailin baş naziri Benyamin Netenyahudan atəşkəsdən söhbət gedəndə boş
danışmağı dayandırmağını istəyib.
TodayPress xəbər verir ki, bu barədə “Kanal 12” məlumat
yayıb.
“Mənə yalan danışmağı və boş-boş danışmağı dayandır.
ABŞ prezidenti sizin üçün adi bir insan deyil” deyə telekanal Amerika liderinin
sözlərindən sitat gətirib.
Qeyd olunub ki, belə kəskin reaksiyaya səbəb İsrail
baş nazirinin sözünün üstündə durmaq istəyi və danışıqlara başlamaq, nəhayət Qəzzada
münaqişəyə son qoymağa hazır olması olub.
Daha əvvəl bildirilimişdi ki, Bayden HƏMAS Siyasi
Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı Netenyahu ilə sərt
telefon danışığı aparıb. Amerika prezidenti Netenyahuya söz verib ki, Birləşmiş
Ştatlar İsrailə İranın cavab zərbəsini dəf etməyə kömək edəcək, lakin bundan
sonra İsrail tərəfi münaqişəni daha da gərginləşdirməməlidir. Bunun əvəzində
Bayden İsrail tərəfinə bildirib ki, girovların azad edilməsi ilə bağlı razılığa
gəlmək üçün dərhal işə başlamalıdırlar.
Töhfə Səməd
tag: İsrail, Qəzza, HƏMAS,Hizbullah,Bayden,Netenyahu, Benyamin, todaypress.az,