Baydendan etiraf: “Tez-tez unuduram”
ABŞ prezidenti Cozef Bayden çıxış edərkən tez-tez səhvlərə yol verdiyini və adları qarışdırdığını, çox vaxt isə unutduğunu etiraf edib.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri baş verən neqativ hallara baxmayaraq, seçki yarışından geri çəkilməyəcəyini və bu yolda qətiyyətli olduğunu bildirib:
“Mətbuat məni sərt tənqid edir, çünki bəzən adları qarışdırıram. Amma mənim siyasi rəqibim, respublikaçı Donald Trampın oxşar səhvlərinə o qədər də əhəmiyyət vermir.
Co Bayden nə edəcək? Yarışda qalacaqmı? O, gedəcəkmi? Cavabım budur: Biz seçkidə iştirak edirik və qalib gələcəyik. Bir çox insan mənim kampaniyamın dağıldığını deyir. Mən heç yerə getməyəcəyəm” deyə o, bildirib.
Töhfə Səməd
tag: Bayden, ABŞ, Mətbuat, Seçki, Ağ Ev, todaypress.az, v,