Bayden yenə səhv etdi – Fələstinlə Rusiyanı qarışdırdı

Dünya

07.06.2024 07:24

ABŞ prezidenti Co Bayden İsrailin Rusiya ərazisini işğal etməyi planlaşdırmadığını deyib.

TodayPress xəbər verir ki, “ABC” telekanalına müsahibəsi zamanı ABŞ prezidenti yenə ölkələrin adlarını qarışdırıb. Bu dəfə o, Fələstini Rusiya ilə səhv salıb. "Düşünürəm ki, Benyamin Netanyahu məni dinləyir. İsrail Rusiyaya daxil olub oranı işağl etmək niyyətində deyil” deyə ABŞ prezidenti bildirib.

Xatırladaq ki, Bayden bundan əvvəl də bir neçə dəfə ölkələrin adlarını səhv salmışdı. İraq və Əfqanıstan problemini şərh edərkən yalnışlıqla ABŞ-nin Ukraynaya daxil olmaq qərarını tənqid etmişdi.

 GÜNEL

tag: CO Bayden, İrail, Rusiya, Ukrayna, todaypress.az,