Bayden: "Yaxın Şərqdəki vəziyyət regional müharibəyə çevrilə bilər"

Dünya

11.08.2024 18:06

1350

ABŞ prezidenti Co Bayden Yaxın Şərqdəki hazırkı vəziyyətin regional müharibəyə çevrilə biləcəyini deyib.   

TodayPress xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb. 

Baydenin sözlərinə görə, o, öz vəzifəsini tərk edənə qədər Qəzza zolağında atəşkəs hələ də mümkündür. 

Prezident əlavə edib ki, onun G7 və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dəstəyini alan planı hələ də qüvvədədir.  Bayden əlavə edib ki, bölgədəki vəziyyətin müharibəyə çevrilməməsi üçün hər gün komandası ilə işləyir.   


Günəş Mərd 

tag: Bayden,ABŞ,Qəzza,atəşkəs,todaypress.az,