Bayden vida nitqi ilə çıxış etdi

Dünya

16.01.2025 11:53

ABŞ-nin hazırkı prezidenti Cozef Bayden vida nitqi ilə Amerika xalqına müraciət edib. 

TodayPress xəbər verir ki, onun çıxışı Ağ Evin “YouTube” kanalında yayımlanıb.    

Amerika lideri çıxışında ölkənin daxili və xarici siyasəti ilə bağlı bir sıra məsələlərə toxunub. 

O, həmvətənlərini ABŞ-nin əsas dəyərlərini qorumağa çağırıb. “İndi ehtiyatda olmaq növbəsi sizdədir” deyə Amerika lideri bildirib.

Siyasətçi administrasiyasının beynəlxalq münasibətlər sahəsində gördüyü işlərə diqqət çəkib. O, İsrail və HƏMAS arasında tarixi atəşkəs əlaqələrinin bağlanmasını xatırladıb. Komandasının bu istiqamətdə səylər göstərdiyini vurğulayıb.  

Bayden sonda administrasiyasının üzvlərinə, vitse-prezident Kamala Harris və həyat yoldaşı Cil Baydenə təşəkkür edib. 

Günəş Mərd

tag: ABŞ, Prezident ,Bayden, Vida, Nitq ,todaypressa.az,