Bayden və Zelenski Almaniyada görüşəcək

Dünya

27.09.2024 08:44

ABŞ prezidenti Cozef Bayden və Volodimir Zelenski oktyabrın 12-də Almaniyada görüşəcəklər.

 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

 

Məlumata görə, Bayden və Zelenski oktyabrın 12-də Almaniyada keçiriləcək görüşdə “qələbə planı”nı müzakirə edəcəklər

 

Bildirilib ki, Zelenskinin “qələbə planı” Vaşinqton və Kiyevin yaxın həftələrdə daha dərindən öyrənməli olacaq təşəbbüslər toplusudur .

 

Ağ Ev nümayəndəsi aydınlaşdırıb ki, Amerika prezidentinin göstərişi ilə onun komandası Kiyev nümayəndələri ilə birlikdə Zelenskinin təkliflərini öyrənməli olacaq.


Aynur TAC

tag: Cozef Bayden, Zelenski, Ukrayna, Almaniya, todaypress.az,