Bayden Ukraynaya ən son yardım paketini açıqlayacaq

Dünya

20.12.2024 15:15

ABŞ-nin hazırkı prezidenti Cozef  Baydenin administrasiyası “Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü” çərçivəsində yaxın günlərdə Kiyevə son yardım paketini açıqlayacaq. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters”  məlumat yayıb.

Agentlik bildirib ki, Kiyev üçün yeni silahların alınması üçün ayrılan qalan vəsait də buna sərf olunacaq.

Paketə hava hücumundan müdafiə (AA) və artilleriya sursatları daxildir. Paket təxminən 1,2 milyard dollara başa gələcək. 

Günəş Mərd

tag: Bayden ,Yardım ,Ukrayna,Silah, todaypress.az,