Bayden Ukraynaya daha bir sursat tədarükünə razılıq verdi
Dünya
20.11.2024 16:25
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünə razılıq verib.
TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, bu sursatların istifadəsi Ukrayna ərazisi ilə məhdudlaşır:
"Ukrayna qüvvələri üçün veriləcək minalar zaman keçdikcə özünü məhv edən və ya batareyanın gücünü itirərək fəaliyyətsiz hala gələn minalardır. Bu, mülki şəxslər üçün təhlükəni azaldır. ABŞ Müdafiə Nazirliyi əmindir ki, bu cür sursatların tədarükü Rusiya ordusunun irəliləyişinin qarşısını almaq üçün ən təsirli addımlardan biridir".
tag: ABŞ ,Bayden,Ukrayna,Sursat,Hərbi,Yardım,todaypress.az,