Bayden Ukraynaya 20 milyard dollar ayırdığını təsdiqlədi

Dünya

24.10.2024 00:11

1551

Birləşmiş Ştatlar Ukraynaya 20 milyard dollar kredit verəcək və onun qaytarılmasının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən faiz gəlirləri hesabına bağlayacağınl bildirib.

 

TodayPress xəbər verir ki, bu barədə Cozef Baydenin bəyanatında açıqlanıb.

 

Oktyabrın 23-də administrasiya nümayəndəsi kreditin məbləğin açıqladığını elan edib..

 

Baydenin sözlərinə görə, ümumilikdə Ukrayna 50 milyard dollar alacaq, Avropa İttifaqı da daxil olmaqla G7-nin qalan üzvləri eyni sxem üzrə kredit verəcək.

 

ABŞ prezidenti vurğulayıb ki, kreditlər Kiyevə dəstək olacaq və Qərb ölkələrində vergi ödəyiciləri üçün yük olmayacaq.

 

O, həmçinin xatırladıb ki, Rusiya aktivləri təkcə münaqişənin sonuna qədər deyil, həm də Moskva vurduğu ziyanı kompensasiya edənə qədər dondurulmuş vəziyyətdə qalacaq. Bu yanaşma haqqında daha əvvəl Yaponiyanın Nikkei nəşri G7-dəki mənbəyə istinadən məlumat yaymışdı.

 

Aynur TAC

tag: Bayden, Ağ Ev, ABŞ, Ukrayna, Yardım,todaypress.az,