Bayden Ukrayna Prezidenti və Böyük Britaniyanın yeni Baş naziri ilə görüşəcək
Dünya
09.07.2024 00:47
ABŞ Prezidenti Co Bayden ABŞ-də
NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük
Britaniyanın yeni Baş naziri Key Starmerlə görüşlər keçirəcək.
TodayPress xəbər verir
ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar
üzrə koordinatoru Con Kirbi brifinqdə məlumat yayıb.
Kirbi qeyd edib ki, bu, Baydenin Starmerlə ilk görüşü olacaq.
tag: Bayden, Starmer, Zelenski, NATO, todaypress.az,